Mehran Əmirli EN

Bloq

Müxtəlif mövzular haqqında yazılarım. Sırf hüquqi yazılarım üçün lawblog.az müəllif səhifəmə baxa bilərsiniz.

Hüquqi Təhlil

2-ci Qarabağ Müharibəsindən Azərbaycanın hüquqi qazancları

Azərbaycan ərazisi kimi tanınmasına baxmayaraq, xoşa gəlsə də, gəlməsə də, Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən erməni əsilli əhalinin dominantlıq etdiyi ayrıca bir vahid kimi, hətta bəzən işğal olunmamış kimi görülür. Və imkan varkən bütün Dağlıq Qarabağın birbaşa nəzarətə götürülməsi Azərbaycanı etnik təmizləmə iddiaları ilə qarşı-qarşıya qoya bilərdi. Buna görə əslində Azərbaycanın yaratdığı hazırkı vəziyyət hüquqən…

1 dekabr 20204 dəqiqəlik oxu
Jessup

Jessup 2020 mövzuları üzrə beynəlxalq hüquqdakı mövcud vəziyyət və bəzi mənbələr

2020 Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsinin maraqlı və aktual mövzuları var. Mövzular elan olunandan bəri həmin mövzular haqqında araşdırmalar edirəm. Etdiyim araşdırmanı maraqlı olanlarla bölüşməyim yaxşı olardı. Mövzular aşağıdakılardır: 1. Killer robots 2. Responsibilitiy of heads of state for war crimes 3. Multi-fora international litigation 4. Wall Keçək hər bir mövzu barədə məlumat verməyə…

15 avqust 20195 dəqiqəlik oxu
Hüquq və Texnologiya

Smart Müqavilə: hüquq və texnologiyanın növbəti kəsişməsi

Smart müqavilələr (ing. smart contracts) son zamanlar xeyli məşhurlaşan Bitcoin-in işləmə mexanizminin mühüm komponentidir. Bitcoin Blockchain texnologiyası üzərində çalışır və Blockchaində şəxslər arasında formalaşan əqdlər smart müqavilələr adlanır. Smart müqavilə və onun hazırki hüquqi institutları ilə əlaqəsi barədə məlumat verməzdən əvvəlcə Blockchain barədə məlumat verək. Blockchain adından da göründüyü kimi, hərfi və texniki olaraq bloklar…

2 yanvar 20185 dəqiqəlik oxu
Tərcümələr

Tərcümə: Hüquqi yazı: Problemlərimizin səbəbləri / Hüquqi yazı nədir? / Hüquqi yazı sənəti (Olqa Xazova)

Aşağıdakı hissə "Hüquqi yazı sənəti" (müəllif Olqa Xazova; Искусство юридического письма) adlı kitabdandandır. Müəllif 1998-ci ildə White & Case hüquq şirkətinin Moskva ofisinə rəhbərlik etmək üçün Rusiyaya gəlir. O, Rusiya hüquq təhsilində hüquqi yazı və b. bu kimi sahələrin tədris olunmamasını görüb bu mövzuda kitab yazmağı qərara alır. Öz kitabında da qeyd etdiyi kimi, müəllif…

24 sentyabr 20174 dəqiqəlik oxu
Jessup

Jessup Təəssüratları

2017-ci ildə 58-ci Jessup Məhkəmə Müsabiqəsi keçirilir və Bakı Dövlət Universitetini, bilavasitə Azərbaycanı bu ilki Müsabiqədə təmsil edəcək komandanın üzvü kimi Müsabiqədəki təcrübəm haqqında təəssüratlarımı bu seriya ilə vaxtaşırı paylaşmaq niyyətindəyəm. Philip C. Jessup Məhkəmə Müsabiqəsi Beynəlxalq Hüquqa aid və Beynəlxalq Ədalət Məhkəməsində baxılan hipotetik iş üzərində aparılan ən böyük beynəlxalq məhkəmə müsabiqəsidir. Bir neçə…

27 iyun 20178 dəqiqəlik oxu
Hüquqi Təhlil

IRAC metodu ilə hüquqi əsaslandırma

Hüquq tədrisində ya da tətbiqində "hüquqi əsaslandırma" və ya sadəcə "əsaslandırma" ifadəsini çox eşidə bilərsiniz. Lakin həmin əsaslandırmanın necə edilməsi barədə, adətən, dəqiq anlayışa və metodiki biliyə sahib olunmur. Bəziləri hesab edə bilər ki, əsaslandırma sadəcə qanunun mətnini təqdim etməklə, daha sonra isə göstərmək istənilən nəticəni verməklə sonlanmış olur. Və ya əksinə. Amma hüquqi əsaslandırma…

6 noyabr 20163 dəqiqəlik oxu
Fəlsəfə

Platon - Mağara alleqoriyası

Platon özünün "Dövlət" əsərində insanın dünyanı qavrayışı ilə bağlı fəlsəfəsini də ortaya qoymuşdur. "Dövlət" e.ə 380-ci ilə aiddir. İnsanın dünyanı dərk etməsi ilə bağlı həmin fəlsəfə bənzətmə və ya alleqoriya kimi adıçəkilən əsərin 7-ci kitabında yerləşir. Aşağıda alleqoriyanın qısa təsvirini nəzərdən keçirə bilər, yaxud da kitabın həmin hissəsinin Azərbaycanca variantını yükləyə bilər ya da mağara…

6 sentyabr 20152 dəqiqəlik oxu

English posts: 2 posts in English →