Jessup 2020 mövzuları üzrə beynəlxalq hüquqdakı mövcud vəziyyət və bəzi mənbələr

Jessup 2020 mövzuları üzrə beynəlxalq hüquqdakı mövcud vəziyyət və bəzi mənbələr

2020 Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsinin maraqlı və aktual mövzuları var. Mövzular elan olunandan bəri həmin mövzular haqqında araşdırmalar edirəm. Etdiyim araşdırmanı maraqlı olanlarla bölüşməyim yaxşı olardı. Mövzular aşağıdakılardır:

1. Killer robots

2. Responsibilitiy of heads of state for war crimes

3. Multi-fora international litigation

4. Wall

Keçək hər bir mövzu barədə məlumat verməyə və onlar haqqında bəzi sanballı mənbələri bölüşməyə.

  1. Killer robots

1.1. Hazırda beynəlxalq arenada qatil robotların istifadəsinə qadağalar üçün çağırışlar (link) olsa da, bununla bağlı yekun razılıq əldə edilməyib.

1.2. Son beş ildə Convention on Certain Conventional Weapons tərəf ölkəlkərinin ekspertleri hər il məsələ haqqında görüşlər keçirir və hesabatlar hazırlayırlar. 20 avqust 2019-cu ildə bu ilin görüşü (link) keçiriləcək. Elə son linkdə 2018-ci il hesabatı yerləşdirilib. Bu ilin görüşü keçirildikdən sonra vebsaytda görüşün nəticələrini izləməyi də tövsiyə edirəm. Soldakı menyudan əvvəlki illərin də materiallarına baxa bilərsiniz. Yekun razılığa gəlinməsə də, ekspertlərin hesabatlarından və görüşlərinə aid materiallardan aşağıdakılar üçün istifadə edə bilərsiniz:

• Bu sahədə hazırkı beynəlxalq hüququ bilmək və Memoriallarınızda istifadə etmək üçün;

• Dövlətlərin məsələ haqqında mövqeyini görmək üçün;

• Akademiyanın bu haqda nəzəriyyələrini bilmək üçün (arqumentasiyanı formalaşdıranda lazım olur).

Əlaqəli: Perspectives on Lethal Autonomous Weapon SystemsNew technologies and warfare

1.3. “Stop Killer Robots” adlı sayt da var hətta. Saytda xeyli istifadə oluna bilən materiallar və keçidlər var.

1.4. Report of the Special Rapporteur on extrajudicial, summary or arbitrary executions, Christof Heyns. Bu xüsusi reportyor hesabatı böyük hissədə Lethal Autnomous Weapons haqqında bəhs edir.

1.5. William H. Boothby. “Weapons and the law of armed conflict”, “Conflict Law The Influence of New Weapons Technology, Human Rights and Emerging Actors” kimi kitablarında məsələ haqqında bəhs edir. Seçilən müəllifdir. “New Technologies and the Law in War and Peace” adlı yeni kitabı da bu il nəşr olunub, arqumentasiya üçün çox faydalı olacağını düşünürəm.

1.6. Rain Liivoja. Vebsaytda müəllifin məsələ haqqında yazılarına keçidlər var.

1.7. Bonus: Autonomous cyber capabilities under international law (keçid).

  1. Responsibility of heads of state for war crimes

2.1. Son aylarda bu məsələ haqda gedən ən mühüm iş kimi Al Bashir işini göstərmək olar. International Criminal Court-da davam edən bu işdə ən son qərar ondan ibarət olub ki, immunity of head of state adət qaydası deyil, halbuki beynəlxalq hüquqdakı mövcud əksər yanaşmalar bunun əksinədir. Lakin iş hələ davam edir və bu qərarın nə qədər son olması sual olaraq qalır.

Əlaqəli: ThesisImmunity from arrest?

2.2. The Prosecutor vs. Charles Ghankay Taylor. Special Court for Sierra Leone Charles Ghankay Taylor-a qarşı işi başladanda o, hələ dövlət başçısı idi – bu xüsusiyyətinə görə bu iş yeganə belə işdir. İş sonrakı illər də davam etmişdir.

2.3. International Law Commission – Immunity of State officials from foreign criminal jurisdiction. ILC hələ də bu məsələ barədə işləyir. Keçiddə xüsusi reportyorun hesabatlarına baxa bilər (hesabatlarda xeyli mənbəyə istinad var), dövlətlərin məsələ haqda mövqelərini öyrənə bilərsiniz (arqumentasiya üçün məsləhətlidir).

2.4. Böyük Britaniya – məsələ haqqında R v Bow Street Metropolitan Stipendiary Magistrate and others, ex parte Pinochet Ugarte (Amnesty International and others intervening) (No 3) (1999) və Bat v Investigating Judge of the German Federal Court (2011) kimi maraqlı məhkəmə qərarları var.

2.5. ABŞ – məsələ haqqında US v. Noriega, 117 F. 3d 1206 – Court of Appeals, 11th Circuit 1997, In re Doe, 860 F. 2d 40 – Court of Appeals, 2nd Circuit 1988, Jimenez v. Aristeguieta, 311 F. 2d 547 – Court of Appeals, 5th Circuit 1962 kimi maraqlı məhkəmə qərarları var.

2.6. International Court of Justice tərəfindən baxılan Questions Relating to the Obligation to Prosecute or Extradite (Belgium v. Senegal), Application of the Convention on the Prevention and Punishment of the Crime of Genocide (Bosnia and Herzegovina v. Serbia and Montenegro), Immunities and Criminal Proceedings (Equatorial Guinea v. France) kimi əlaqəli işlər də mövcuddur.

  1. Multi-fora litigation

3.1. Bu mövzu ilə bağlı ilk ağla gələn eyni vaxtda bir neçə tribunalda bir işə baxılması, müxtəlif tribunalların işlərə yanaşması (parallel proceedings), prosesdən və haqlardan sui-istifadə (abuse of process, abuse of rights) və res judicata prinsipidir. Məsələn, növbəti ay paylaşılacaq müsabiqə işində tərəflərdən biri bir məhkəmə qərar verdikdən sonra icranı gecikdirmək üçün başqa bir tribunalda da işə baxılmasını istəyə bilər.

3.2. Məsələ daha çox kommersiya və investisiya arbitrajlarında ortaya çıxsa da, bu haqda ICJ işləri də mövcuddur: Maritime Delimitation in the Caribbean Sea and the Pacific Ocean (Costa Rica v. Nicaragua) and Land Boundary in the Northern Part of Isla Portillos (Costa Rica v. Nicaragua) (res judicata), Immunities and Criminal Proceedings (Equatorial Guinea v. France) (abuse of rights, abuse of process).

3.3. Yuxarıda yazdığım terminləri The Statute of the International Court of Justice: A Commentary kitabında axtarış verəndə xeyli presendent və izah tapa biləcəksiniz.

  1. Wall

4.1. Bu mövzu ən müəmmalı mövzu kimi görünür. Çünki ICJ Wall Advisory Opinion-la işğalla bağlı divar məsələsi həll olunub və hazırda o məsələ elə də mübahisəli deyil. Amma yenə də fərqli kontekstdə işğal məsələsinin ortaya müsabiqə işində neçə çıxarılacağı maraqlıdır. Nəzərə alsaq ki, müharibə cinayətləri və robot döyüşçülər də işdə bəhs ediləcək, işğal məsələsini gözləmək daha uyğun görünür.

4.2. Daha az əlaqəli divar məsələsi ABŞ və Meksika arasında divar tikintisidir. Həmin divarla bağlı uşaq hüquqları və sığınacaq (asylum) məsələləri ağla gəlir.

Tövsiyələrdən bəziləri Jessup Azerbaijan Summer School təlimçiləri ilə müzakirələrimizdə məsləhət görülmüşdür (killer robots hissəsində – Aleksandr Popov,  responsibility of heads of state hissəsində Tutku Bektaş, multi-fora litigationwall hissəsində Fərid Əhmədov).

Jessup kateqoriyası üzrəTags: