Platon – Mağara alleqoriyası

Platon – Mağara alleqoriyası

Platon özünün “Dövlət” əsərində insanın dünyanı qavrayışı ilə bağlı fəlsəfəsini də ortaya qoymuşdur. “Dövlət” e.ə 380-ci ilə aiddir. İnsanın dünyanı dərk etməsi ilə bağlı həmin fəlsəfə bənzətmə və ya alleqoriya kimi adıçəkilən əsərin 7-ci kitabında yerləşir. Aşağıda alleqoriyanın qısa təsvirini nəzərdən keçirə bilər, yaxud da kitabın həmin hissəsinin Azərbaycanca variantını  yükləyə bilər ya da mağara alleqoriyası haqqında ingiliscə izahlı videoya baxa bilərsiniz.

Alleqoriyanın qısa təsviri:

Bir nəfər başqalarıyla birgə qaranlıq yerdə zəncirlənib. Onlar qarşılarındakı divarda rəqs edən kölgələrdən başqa heç nə görmürlər. Onların bütün bildikləri kölgələrdir və kölgələr arasında ortaya çıxan əlaqəni izah etmək üçün dəqiq izah sistemləri inkişaf etdirirlər. Onlar əmindirlər ki, gözləmlədikləri hər şey realdır.

Bir gün əsirlərdən birinin zəncirləri qollarından açılır və o ayağa qalxıb dönür. Mağaranın girişindəki parıltı onun gözlərini qamaşdırır. Görməsi düzələndə fiziki obyektləri görməyə başlayır. O, anlamağa başlayır ki, divardakı kölgələrlə həmin fiziki obyektlər arasında əlaqə var. O, görür ki, obyektlərin səbəbi kölgələr deyil, kölgələrin səbəbi obyektlərdir. Mağaranın girişinə yaxınlaşanda çoxalan işıqdan daha yaxşı görməyə başlayan həmin adam başa düşür ki, əslində divardakı kölgələrin səbəbi fiziki obyektlər deyil; onların əsas səbəbi Günəşdir. Bunları zəncirli dostlarına da anlatmaq üçün mağaranın dərinliyinə geri dönən həmin ‘filosof’ doğru bilgini onlara anlatmağa başlayır. Lakin onlar kölgələr haqqında onlara tanış və rahat olan bilgini inkar etdiyinə görə ona müqavimət göstərirlər. Filosof onları kölgələr haqqında yanlış bilgini tərk edib Formalar haqqında gerçəyi qəbul etməyə çağırsa da, bu, daha çox müqavimətlə qarşılanır. Özlərini bu Sokratik narahatçılıqdan xilas etmək üçün birləşib onu öldürürlər.

Alleqoriya Sokratı ədalətsiz şəkildə təqsirləndirən və edam edən Afina demokratlarının cahilliyindəki rahatlığın mühüm tənqidi kimi dayanır.

Kitabın müvafiq hissəsi fayl kimi: PDF

İzahlı video: Plato’s Allegory of the Cave – Alex Gendler [Ted-Ed]

Fəlsəfə kateqoriyası üzrə